AİB Azərbaycanla potensialın gücləndirilməsi layihəsini nəzərdən keçirir

İqtisadiyyat Materials 11 İyun 2026 10:00 (UTC +04:00)
AİB Azərbaycanla potensialın gücləndirilməsi layihəsini nəzərdən keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) inkişaf etməkdə olan üzv ölkələrin potensialının gücləndirilməsi layihəsinin ADB-nin Təcrübə Mərkəzi vasitəsilə həyata keçirilməsini nəzərdən keçirir.

Bankın saytında verilən məlumata görə, layihə Azərbaycan, Ermənistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Pakistan və bir sıra digər ölkələri əhatə edəcək.

Təklif olunur ki, təşəbbüs Texniki Yardım Xüsusi Fondu (Technical Assistance Special Fund) hesabına 1 milyon ABŞ dolları həcmində maliyyələşdirilsin.

Hazırda layihə ilə bağlı əlavə detallar açıqlanmır.

Eyni zamanda, 2025-ci ildə AİB-in Azərbaycan üzrə ümumi öhdəlikləri 58,8 milyon dollar təşkil edib.

Bu ilin əvvəlində bank həmçinin 2029-cu ilə qədər Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyasını təsdiqləyib.

Strategiya bilik əsaslı həllərin inkişafına, innovasiyaların tətbiqinə və katalitik maliyyələşdirmədən istifadəyə əsaslanır. O, “yaşıl” və şaxələndirilmiş iqtisadi artımın təşviqi, aşağı karbonlu nəqliyyat və enerji əlaqələrinin inkişafı, eləcə də yüksək əlavə dəyərə malik sahələrin dəstəklənməsini hədəfləyir.

Həmçinin sənəd Azərbaycan üçün milli prioritetlərin reallaşdırılmasına, insan kapitalının inkişafına və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına yardım göstərilməsini nəzərdə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti