Bakı. Trend:
Bu axşam İrana qarşı həyata keçirilməsi nəzərdə tutulan hücum və bombardmanlar dayandırılıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"İran ilə aparılan danışıqların nəticələrinin ölkənin ali rəhbərliyinə təqdim olunaraq təsdiqlənməsindən sonra ABŞ Prezidenti kimi bu axşam İrana qarşı həyata keçirilməsi nəzərdə tutulan hücum və bombardmanların dayandırılması barədə qərar qəbul etdim", - deyə o bildirib.
Tramp qeyd edib ki, aparılan müzakirələr və əldə olunan yekun razılaşmalar həm ümumi konsepsiya, həm də detallı məzmun baxımından ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər ölkələr tərəfindən təsdiqlənib.
"Bu saziş yekunlaşana qədər dəniz blokadası tam şəkildə qüvvədə qalacaq. Sənədin imzalanacağı tarix və məkan yaxın vaxtlarda açıqlanacaq", - deyə o əlavə edib.
