Almaniya Hörmüz boğazına yerləşmək niyyətindədir

Dünya xəbərləri Materials 11 İyun 2026 16:22 (UTC +04:00)
Almaniya Hörmüz boğazına yerləşmək niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts bəyan edib ki, lazımi şərait yaradılan kimi ölkəsi Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirak etməyə hazırdır.

Xarici media yazır ki, Merts münaqişə bitdikdən sonra Fars körfəzi bölgəsində məsuliyyəti öz üzərimizə götürməyə hazır olduqlarını bəyan edib.

"Lazımi şərtlər yaranan kimi Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə hazırıq. O vaxta qədər münaqişənin diplomatik yolla həllini müdafiə edəcəyik. Məqsədimiz dəyişməz olaraq qalır: İran nüvə proqramını dayandırmalıdır", - deyə Metrs qeyd edib.

Eyni zamanda, o, İsrailin və bütün regionun təhlükəsizliyi təmin edilməli olduğunu vurğulayıb və əks halda regionda sülh olmayacağını iddia edib.

Daha əvvəl İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı ABŞ-ın onun ərazisinə təkrar zərbələri qarşısında Tehranın Hörmüz boğazından keçən gəmilərin hərəkətini tamamilə bağlamaq qərarına gəldiyini açıqlamışdı. Sepah Hərbi Dəniz Qüvvələri də öz növbəsində boğazdan keçməyə çalışan ən azı iki gəmini vurduğunu vurğulamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti