Vuçiç gələcək siyasi addımları ilə bağlı açıqlama verib

Dünya xəbərləri Materials 11 İyun 2026 00:49 (UTC +04:00)
Vuçiç gələcək siyasi addımları ilə bağlı açıqlama verib

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç gələcək siyasi planları barədə danışaraq dövlət başçısı vəzifəsindən istefa verib Baş nazir postuna namizəd ola biləcəyini istisna etməyib.

Bu barədə o, “Belqrad Radiosu”nun efirində çıxışı zamanı bildirib.

Vuçiçin sözlərinə görə, o, yaxın aylarda — hətta üç-dörd ay daha tez — prezident postunu tərk etmək ehtimalını da nəzərdən keçirir.

Serbiya lideri əlavə edib ki, Baş nazirliyə namizəd olması ehtimalını gündəlik olaraq dəyərləndirir.

Qeyd edək ki, Aleksandar Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya Prezidenti seçilib.

Xəbər lenti

Xəbər lenti