Bakı. Trend:
ABŞ-nin İranın su təchizatı və kanalizasiya sistemlərinə endirdiyi zərbələrdən sonra İranın cənubundakı Hörmüzqan əyaləti içməli su çatışmazlığı ilə üzləşir.
İran mediası yazır ki, ABŞ-nin hücumları nəticəsində içməli suyun paylanması üçün infrastruktur obyektləri, o cümlədən 500 və 2000 kubmetr tutumlu iki beton çən, eləcə də müvafiq mexaniki avadanlıqlar məhv edilib.
20.000 əhalisi olan Bamani rayonunda su təchizatında fasilələr qeydə alınıb. Məlumata görə, dəyən ziyan təxminən 1 milyon dollar qiymətləndirilir.
Bu ərazilərin sakinlərinə su təchizatı hazırda dayandırılıb və alternativ su təchizatı üsulları nəzərdən keçirilir.
Daha əvvəlİran dövlət televiziyası ABŞ-nin Hörmözqanda iki su anbarına zərbə endirdiyini bildirmişdi. Amerika qüvvələri həmçinin Qeşm adasındakı bir obyektə və Cask və Kuh Mübarək şəhərlərindəki obyektlərə hücum edib.
