Uşaqlara mənfi təsir göstərən informasiyaların məhdudlaşdırılması vacibdir - Elmir Vəlizadə

Siyasət Materials 10 İyun 2026 15:33 (UTC +04:00)
Uşaqlara mənfi təsir göstərən informasiyaların məhdudlaşdırılması vacibdir - Elmir Vəlizadə
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə İnzibati Xətalar Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

O bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqların müxtəlif platformalarda yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşma riskini artırıb. Bu baxımdan uşaqların psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcək informasiyaların məhdudlaşdırılması vacibdir.

“Bu istiqamətdə tədbirlər dünyanın bir çox ölkələrində həyata keçirilir. Onun sözlərinə görə, Avstraliya və Fransa kimi ölkələrdə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasına yönəlmiş qanunvericilik təşəbbüsləri qəbul edilib. Qanunvericilik dəyişiklikləri ilə yanaşı, valideynlər, müəllimlər və uşaqlar üçün maarifləndirmə proqramlarının həyata keçirilməsi də nəzərdə tutulur. O əlavə edib ki, dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə bu sahədə geniş maarifləndirmə tədbirləri təşkil olunacaq”.

Xəbər lenti

Xəbər lenti