Ceyhun Bayramov Tokyoda Dostluq Liqasının üzvləri ilə görüşüb (FOTO)

Siyasət Materials 10 İyun 2026 16:20 (UTC +04:00)
Ceyhun Bayramov Tokyoda Dostluq Liqasının üzvləri ilə görüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tokyo şəhərinə rəsmi səfəri çərçivəsində Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan–Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu çərçivədə, iki ölkə arasında siyasi məsləhətləşmələr və iqtisadi əməkdaşlıq komissiyası mexanizmlərinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə təmasların ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından vacibliyi qeyd olunub.

Yaponiyanın ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu, habelə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfərinin Azərbaycan-Yaponiya münasibətlərinin inkişafında mühüm mərhələ olduğu, siyasi və iqtisadi əməkdaşlığın genişlənməsinə güclü təkan verdiyi vurğulanıb.

Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığın roluna toxunularaq, Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərən Azərbaycan–Yaponiya Parlamentlərarası İşçi Qrupu ilə Yaponiya Parlamentində mövcud olan Yaponiya–Azərbaycan Dostluq Liqasının bu istiqamətdə əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində həmçinin, siyasi, iqtisadi, humanitar, ənənəvi və bərpa olunan enerji, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Yaponiyanın aparıcı şirkətləri olan ITOCHU⁠ və INPEX-in ⁠Azərbaycanın enerji sektorunda, xüsusilə neft-qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynayaraq ölkəmizin etibarlı tərəfdaşları sırasında yer aldığı xatırlanıb.

Nazir Ceyhun Bayramov müqabil tərəfə keçmiş işğal və münaqişə tarixi, post-münaqişə dövründə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və ölkəmizin atdığı addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində görülən məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər, habelə Yaxın Şərqdə vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti