Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir (VİDEO)

Siyasət Materials 9 İyun 2026 21:23 (UTC +04:00)
Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir (VİDEO)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Gənclər diplomatiyası sayəsində Azərbaycan və Slovakiya arasında parlament əməkdaşlığı güclənməyə davam edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiya Respublikasındakı səfiri Elçin Qasımov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Diplomat bunu Slovakiya Milli Şurasının fəaliyyəti ilə tanış olmaq üçün onu ziyarət edən Lənkərandan olan tələbələrdən ibarət nümayəndə heyətini salamlayarkən bildirib.

"Slovakiyalı tələbələrin Azərbaycan Parlamentinə təkrar səfərini səbirsizliklə gözləyirik. Gənclər diplomatiyası sayəsində ölkələrimiz arasında parlament əməkdaşlığı güclənməyə davam edir", - deyə paylaşımda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti