Nigeriya vəbadan ölənlərin sayı 74 nəfərə çatıb

Dünya xəbərləri Materials 9 İyun 2026 17:32 (UTC +04:00)
Nigeriya vəbadan ölənlərin sayı 74 nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Nigeriyanın şimal-şərqində vəba xəstəliyinə yoluxanların sayı 7 850 nəfərə çatıb, may ayında başlayan yoluxma dalğasından bəri 74 ölüm halı qeydə alınıb.

Trend xəbər veri ki, bu barədə "Reuters" “Sərhədsiz Həkimlər” təşkilatına istinadən məlumat yayıb.

Ölkədə bu yoluxma dalğası səhiyyə sahəsində fövqəladə vəziyyət kimi qiymətləndirilir. Buna görə də epidemiyanın daha da genişlənməsinin qarşısını almaq məqsədilə həm yerli, həm də beynəlxalq səviyyədə bütün mümkün tədbirlər görülür.

Hazırda xəstəliyin episentri Borno ştatının inzibati mərkəzi olan Mayduquri şəhəridir və qeydə alınan yoluxmaların yarıdan çoxu məhz bu şəhərin payına düşür. Ümumilikdə xəstəlik 36 rayonu əhatə edib.

İyunun 3-nə olan məlumata görə, Borno ştatının hakimiyyət orqanları 4 204 yoluxma və vəbadan 39 ölüm halının qeydə alındığını bildirmişdilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti