Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq

Cəmiyyət Materials 10 İyun 2026 10:51 (UTC +04:00)
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq.

Trend bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Bildirilib ki, yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.

Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə etmək mümükündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti