Yaxın beş ildə ödəniş vərdişlərində ciddi dəyişikliklər baş verəcək - "Kapital Bank"

İqtisadiyyat Materials 9 İyun 2026 11:52 (UTC +04:00)
Yaxın beş ildə ödəniş vərdişlərində ciddi dəyişikliklər baş verəcək - "Kapital Bank"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın beş il ərzində ödəniş vərdişlərində ciddi dəyişikliklər baş verəcək.

Trend xəbər verir ki, bunu "Kapital Bank"ın Ödəniş Sistemləri Ofisinin rəhbəri Zakir Xanməmmədov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.

Onun sözlərinə görə, "Kapital Bank" süni intellekt istiqamətində böyük investisiyalar həyata keçirir və artıq bir çox proses AI texnologiyaları vasitəsilə idarə olunur.

“Müşahidələr göstərir ki, müştərilərin ödəniş davranışları artıq dəyişir və bu proses davam edəcək. Düşünürəm ki, beş ildən sonra insanlar nə kart nömrələrini, nə də digər rekvizitlərini əzbər biləcəklər”, – deyə o qeyd edib.

O vurğulayıb ki, hazırda token və QR əsaslı ödənişlərin geniş yayılması artıq insanların fiziki kart daşımasına olan ehtiyacı azaldıb.

"Kapital Bank" rəsmisinin fikrincə, yaxın gələcəkdə ödəniş prosesi istifadəçi üçün görünməyən, arxa planda avtomatik həyata keçirilən bir sistemə çevriləcək:

“İnsan alış-verişini edəcək, ödəniş isə arxa fonda süni intellekt və ya rəqəmsal agent vasitəsilə avtomatik tamamlanacaq. Bu proses daha intuitiv və daha insan yönümlü olacaq”.

Zakir Xanməmmədov əlavə edib ki, gələcəyin ödəniş sistemi konkret bank və ya ödəniş alətindən asılı olmayan, istifadəçi üçün maksimum rahatlıq yaradan bir model üzərində qurulacaq.

“Müştərilərdən kart nömrəsini soruşduqda artıq bunu bilmədiklərini deyəcəklər. Çünki sistem özü ödənişi həyata keçirəcək. Mən daha rahat, intuitiv və sərhədsiz ödəniş ekosistemi görürəm”, – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti