Bakı.Trend:
Rusiyada Moskva vilayətinin Balaşixa şəhərində “BMW” markalı avtomobil partladılıb.
Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində avtomobildə olan sürücü həlak olub.
İlkin məlumata görə, insident yerli vaxtla 05:30 radələrində Aviatorlar mikrorayonunun Koldunva küçəsində baş verib. İstintaq Komitəsinin bildirdiyinə əsasən, avtomobil hərəkətə başlayan vaxt, onun partlayıcı qurğu vasitəsilə partladılması həyata keçirilib. Sürücü aldığı çoxsaylı yaralardan hadisə yerində keçinib.
İstintaq komitəsi faktla bağlı cinayət işi açsa da, konkret hansı maddələr üzrə açıldığını dəqiqləşdirməyib.
“Mash” telegram-kanalı isə öz mənbələrinə istinadən yazır ki, partlayış sürücünün avtomobilə mindiyi əsnada baş verib.
