Bakı.Trend:
Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Ticarət Şəbəkələrin İnkişafı İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə Trend-in tədbirdə iştirak edən müxbiri məlumat verir.
Qeyd edək ki, 9-10 iyun tarixlərində Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir keçirilir.
Trend xəbər verir ki, sammit regional və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksəksəviyyəli platforma kimi nəzərdə tutulub.
Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası (CBATS), Azərbaycan Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.
Sammitin qlobal tərəfdaşı qismində "Visa Inc." çıxış edir.
