VISA ilə Milli Olimpiya Komitəsi arasında memorandum imzalandı

İqtisadiyyat Materials 9 İyun 2026 11:55 (UTC +04:00)
VISA ilə Milli Olimpiya Komitəsi arasında memorandum imzalandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir çərçivəsində VISA ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında memorandum imzalanıb.

Trend xəbər verir ki, sənədin imzalanması mərasimi sammit çərçivəsində keçirilən xüsusi sessiyada baş tutub.

Memorandumun əsas məqsədi rəqəmsal ödəniş həllərinin inkişafı, idman sahəsində innovativ maliyyə texnologiyalarının tətbiqi, eləcə də beynəlxalq layihələr üzrə əməkdaşlığın genişləndirilməsidir.

Qeyd edək ki, “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” tədbiri maliyyə sektoru nümayəndələri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının iştirakı ilə keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti