Azərbaycan millisi yoldaşlıq oyununda San-Marinoya qalib gəlib

İdman Materials 10 İyun 2026 00:34 (UTC +04:00)
Azərbaycan millisi yoldaşlıq oyununda San-Marinoya qalib gəlib

Bakı. Trend:

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.

Trend-in məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San-Marino yığması ilə qarşılaşıb.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunan görüş yığmanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Rəhman Daşdəmirov və Renat Dadaşov vurublar.

Xatırladaq ki, Azərbaycan millisi iyunun 5-də Malta ilə keçirdiyi ilk yoldaşlıq matçında 0:2 hesabı ilə uduzub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti