Azərbaycanın ödəniş sistemlərindəki innovasiyalar müştərilərin real problemlərinin həllinə yönəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2026 12:49 (UTC +04:00)
Azərbaycanın ödəniş sistemlərindəki innovasiyalar müştərilərin real problemlərinin həllinə yönəlib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Ödəniş sistemlərində innovasiyalar müştərilərin real problemlərinin həllinə yönəlib.

Trend-in müxbiri xəbər verir ki, bu barədə "Kapital Bank"ın Ödəniş Sistemləri Ofisinin rəhbəri Zakir Xanməmmədov Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə bildirib.

Onun sözlərinə görə, bank son illərdə innovativ layihələrin həyata keçirilməsində fəal iştirak edir və əsas diqqəti müştərilərin real ehtiyaclarına cavab verən məhsulların hazırlanmasına yönəldib.

“Bu gün banklar artıq yalnız ənənəvi xidmətlərlə kifayətlənmir, getdikcə gündəlik həyatın bir hissəsinə çevrilən "lifestyle" xidmətlər istiqamətində inkişaf edir. Əsas diqqət ekosistemin formalaşdırılması və müştərilər üçün daha əlçatan məhsulların yaradılmasına yönəlib”, – deyə o qeyd edib.

Z. Xanməmmədov vurğulayıb ki, əsas prioritet istifadəçilərin real ehtiyaclarının öyrənilməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Onun sözlərinə görə, müştəri təcrübəsini daha dəqiq anlamaq üçün bank əməkdaşları mütəmadi olaraq çağrı mərkəzləri və filial şəbəkəsi ilə işləyir, müştəri müraciətləri və yaranan problemləri təhlil edirlər.

O bildirib ki, bank əlavə bildiriş sistemləri tətbiq edib və bununla da müştərilər əməliyyatın yeri və vaxtı barədə məlumatı görə bilirlər ki, bu da çağrı-mərkəzi müraciətlərinin azalmasına səbəb olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti