ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağa qoyulmasını müzakirə edirlər

Dünya xəbərləri Materials 9 İyun 2026 22:25 (UTC +04:00)
ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağa qoyulmasını müzakirə edirlər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İran nüvə sazişi danışıqları çərçivəsində İrana qarşı təxminən 15 il davam edə biləcək uran zənginləşdirilməsinə uzunmüddətli qadağa qoyulmasını müzakirə edirlər.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti qapalı məsləhətləşmələrlə tanış olan Amerika rəsmilərinə və diplomatlarına istinadən xəbər verib.

Nəşrin məlumatına əsasən, son həftələrdə tərəflər mümkün razılaşmanın dörd əsas elementi üzrə danışıqlar aparıblar və Vaşinqtonun fikrincə, bu, İranın nüvə proqramını təxminən 15 il müddətinə dayandıra bilər. Əsas məqamlardan biri uranın zənginləşdirilməsinin dayandırılmasıdır. ABŞ əvvəlcə 20 illik qadağada israr etmişdi, İran isə 10 illik qadağa təklif etmişdi. Amerika rəsmiləri hesab edir ki, iki tərəf 15 illik müddət barədə razılığa gələ bilər.

Danışıqlarda həmçinin zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması, İranın əsas nüvə obyektlərinin sökülməsi və beynəlxalq müfəttişlərin gözlənilməz yoxlamalar aparmasına icazə verilməsi məsələləri də müzakirə olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti