Masazırda sürücülər arasında yaranan insidentlə bağlı bir nəfər saxlanılıb (FOTO)

Hadisə Materials 9 İyun 2026 11:28 (UTC +04:00)
Masazırda sürücülər arasında yaranan insidentlə bağlı bir nəfər saxlanılıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Abşeron rayonunda sürücülər arasında insident baş verib.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti