Bakı. Trend:
7 iyun 2026-cı il tarixində Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, onun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
xxx
14:47
İyunun 7-də Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, xtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
