İran Hörmüz üzərində ABŞ helikopterini vurub - Tramp

Dünya xəbərləri Materials 9 İyun 2026 21:15 (UTC +04:00)
İran Hörmüz üzərində ABŞ helikopterini vurub - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazı üzərində İran qüvvələri tərəfindən ABŞ-nin "Apachi" helikopteri vurulub.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

D. Tramp əlavə edib ki, Amerika tərəfi buna cavab verməlidir.

"Gözəl hərbçilərimiz mənə məlumat verdilər ki, dünən gecə iranlılar Hörmüz boğazında patrul xidməti apararkən ən müasir "Apachi" helikopterlərimizdən birini vurublar. Hər iki pilot sağ-salamatdır və təhlükəsizlik yerdədir", - deyə ABŞ prezidenti yazıb.

"Buna baxmayaraq, ABŞ bu hücuma cavab vermək məcburiyyətində qalacaq", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti