Dağıstanda qaz kəmərində üç partlayış baş verib

Hadisə Materials 9 İyun 2026 22:09 (UTC +04:00)

Bakı. Trend:

Dağıstan Respublikasının Kizilyurt şəhərində qaz boru kəmərində üç partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiyasının Dağıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib.

İlkin məlumatlara görə, diametri 1200 mm olan magistral qaz kəmərində üç partlayış baş verib. Fövqəladə Hallar Nazirliyi boru yarılmasının yanacaqdoldurma məntəqəsinin yaxınlığında aşkar edildiyini qeyd edilib. Nəticədə yanğın baş verib və təzyiq altında qaz sızması davam edir.

Alovların 15 metr hündürlüyə çatdığı bildirilir. Hadisə Bavtuqay və Gelbax yaşayış məntəqələri arasında baş verib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti