Bakı.Trend:
Sosial şəbəkələrin Qırğızıstana aid seqmentində keçmiş deputat və Qırğızıstan Respublikasının keçmiş əmək naziri Ulukbek Koçkorovun görüntüləndiyi video geniş müzakirə predmetinə çevrilib. Kadrlarda onun ABŞ-də sifarişlər çatdırdığı, böyük ehtimalla kuryerlik etdiyini görmək olur.
Trend bu barədə Qırğızıstan mediasına istinadən məlumat verir.
Video geniş ictimai rezonans doğurub, çünki Koçkorov daha əvvəl yüksək dövlət vəzifələrində çalışıb, o cümlədən əmək və sosial inkişaf naziri olub və milli təhlükəsizlik orqanlarında fəaliyyət göstərib. O, 2017 və 2021-ci illərdə Qırğızıstanda keçirilən prezident seçkilərində iki dəfə iştirak edib.
Media məlumatlarına görə, keçmiş siyasətçi hazırda ailəsi ilə birlikdə Çikaqoda yaşayır. Koçkorov daha əvvəl istənilən vicdanlı əməyin ayıb sayılmamalı olduğunu bəyan edib.
