Rusiyanın Suriyadakı hərbi mövcudluğu müzakirə olunur - Zaxarova

Dünya xəbərləri Materials 10 İyun 2026 14:09 (UTC +04:00)
Rusiyanın Suriyadakı hərbi mövcudluğu müzakirə olunur - Zaxarova
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Suriyadakı hərbi mövcudluğu Dəməşqlə təmaslarda müzakirə olunur və Rusiya ilə Suriya arasında əməkdaşlıq çox fəal şəkildə inkişaf edir.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş işlər davam edir. Bu səylərə həm Rusiya, həm də Suriyanın dövlət qurumları, eləcə də işgüzar dairələri cəlb olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün Rusiya-Suriya ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq komissiyasının formatından fəal şəkildə istifadə olunur", - deyə o, bildirib.

Zaxarova Moskva ilə Dəməşq hakimiyyəti arasında ticarət və iqtisadi əməkdaşlığın gücləndirilə biləcəyi və Rusiyanın Suriya və orada qalan hərbi bazalarla bağlı gələcək planları ilə bağlı suala cavab verərkən qeyd edib ki, suriyalı tərəfdaşlarla təmaslarda, bu ölkədə Rusiyanın hərbi mövcudluğu məsələsi, o cümlədən Rusiya hərbi obyektlərinin funksionallığının mümkün yenidən qurulması kontekstində müzakirə edilir".

Xəbər lenti

Xəbər lenti