Gələn ildən kitabxanaçıların attestasiyası həyata keçiriləcək

Cəmiyyət Materials 10 İyun 2026 12:57 (UTC +04:00)
Gələn ildən kitabxanaçıların attestasiyası həyata keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İslahatların gedişatında son hədəf keyfiyyətli, peşəkar və dayanıqlı kitabxana xidmətlərinin həyata keçirilməsidir. Bunun təməlində kitabxana sahəsində xidmətləri həyata keçirən şəxslərin həm sosial təminat, həm də onların peşə hazırlığının yüksəldilməsi istiqamətində işin təşkili durur.

Trend xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə deyib.

Nazir bildirib ki, bu prosesdə kadrların dəyərləndirilməsi üçün gələn ildən kitabxanaçıların attestasiyası həyata keçiriləcək.

“Bu ildən informasiya texnologiyaları ixtisasları üzrə kitabxanalarda çalışan 1 000-dək şəxsin attestasiyası həyata keçiriləcək. Attestasiya nəticələrinə görə peşəkar, vəzifəsinə uyğun olan şəxslərin işlərində qalacaq və yeni sistemdə onların prosesə cəlb ediləcək. Kimlər peşəkardır və kimlər bu sahədə fəaliyyəti davam etdirməyə uyğundursa, fəaliyyətini davam etdirəcəklər. Kimlərsə uyğunsuz hesab ediləcəksə, onlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq mexanizmlər tətbiq olunacaq”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti