Azərbaycanda sənaye istehsalı artıb

İqtisadiyyat Materials 10 İyun 2026 14:17 (UTC +04:00)
Azərbaycanda sənaye istehsalı artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın sənaye müəssisələri və bu sektorda fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 27,524 milyard manat dəyərində sənaye məhsulu istehsal edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən dərc edilmiş "Ölkənin 2026-cı ilin yanvar-may ayları üzrə sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri" hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2% artım deməkdir.

Hesabat dövründə qeyri-neft və qaz sənayesində istehsalın dəyəri 8,956 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 51,784 milyard manat təşkil edib.

Məlumatlara görə, ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2% artıb.

Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1% azalaraq 16,125 milyard manata, qeyri-neft-qaz sektorunda isə 0,4% artaraq 35,658 milyard manata çatıb.

Xəbər lenti

Xəbər lenti