Kitabxanaların saxlanılması üçün 63-64 milyon manata yaxın vəsait ayrılır

Cəmiyyət Materials 10 İyun 2026 12:27 (UTC +04:00)
Kitabxanaların saxlanılması üçün 63-64 milyon manata yaxın vəsait ayrılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların saxlanılması üçün dövlət tərəfindən ümumilikdə 63-64 milyon manata yaxın vəsait ayrılır.

Trend xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə deyib.

Nazir bildirib ki, bu, kifayət qədər böyük vəsaitdir və optimallaşdırma tədbirləri nəticəsində həmin resurslardan daha səmərəli istifadə etməklə kitabxana sistemində keyfiyyətli xidmətin təmin olunmasına nail olmaq mümkündür.

“Beynəlxalq müqayisələr göstərir ki, Azərbaycan kitabxana sahəsinə ayrılan dövlət vəsaitinin həcminə görə bir çox ölkələrlə müqayisədə ön sıralarda yer alır. Əsas məsələ bu vəsaitlərin düzgün istiqamətləndirilməsi və səmərəli şəkildə istifadə edilməsidir.

Əsas prioritet resursların düzgün bölüşdürülməsi, peşəkar kadrların hazırlanması, əməkhaqqı və iş şəraitinin yaxşılaşdırılması, eləcə də müasir kitabxana infrastrukturunun qurulması olmalıdır”.

Xəbər lenti

Xəbər lenti