Bakı. Trend:
Azərbaycanda aktiv əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı 2,7 faiz artıb.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Belə ki, bu ilin iyunun 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 882.906, aktiv ƏDV ödəyicilərinin sayı isə 4,2 faiz artaraq 60.847 təşkil edib.
Məlumata əsasən, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3,9 faiz artıb və 241.842 olub.
