Tibbi Rəqəmsal Əkiz nədir və həkimə müraciətinizi necə asanlaşdıracaq? - CAVAB

Cəmiyyət Materials 10 İyun 2026 15:14 (UTC +04:00)
Tibbi Rəqəmsal Əkiz nədir və həkimə müraciətinizi necə asanlaşdıracaq? - CAVAB
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşın sağlamlıq məlumatlarının daha sistemli, əlaqəli və fasiləsiz idarə olunmasına xidmət edən rəqəmsal yanaşmadır. Sadə dillə desək, məqsəd müxtəlif dövrlərdə və fərqli tibb müəssisələrində formalaşan tibbi məlumatların parçalanmış şəkildə qalmasının qarşısını almaq və onları vahid yanaşma əsasında əlaqələndirməkdir”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə bu gün bir çox hallarda vətəndaş müxtəlif xəstəxanalarda, poliklinikalarda və ya laboratoriyalarda müayinə olunur və nəticədə məlumatlar ayrı-ayrı sistemlərdə saxlanılır:

“Bu isə bəzən təkrar sənəd toplamaq, əvvəlki nəticələri yenidən təqdim etmək və ya tibbi tarixçəni yenidən izah etmək kimi çətinliklər yaradır. Tibbi Rəqəmsal Əkiz Sistemi məhz bu parçalanmanı azaltmağa yönəlib. Vətəndaş baxımından əsas dəyişiklik ondan ibarətdir ki, tibbi tarixçə, laborator nəticələr, epikrizlər, resept məlumatları və digər klinik informasiyalar mərhələli şəkildə daha inteqrə olunmuş mühitdə idarə ediləcək. Bu isə tibbi xidmət zamanı məlumat çatışmazlığı riskini azaltmağa, bəzi hallarda təkrar müayinələrin qarşısını almağa və xidmətin daha davamlı təşkilinə kömək edə bilər”.

S.Məhərrəmova həmçinin qeyd edib ki, eyni zamanda, sistem vətəndaşa yalnız məlumatların saxlanılması baxımından deyil, sağlamlığın idarə olunması baxımından da yeni imkanlar yaradır:

“Məsələn, profilaktik müayinələr, skrininqlər, vaksinasiya və ya davamlı müşahidə tələb edən hallarda məlumatların əlaqəli şəkildə istifadəsi səhiyyə xidmətlərinin daha proaktiv təşkilinə imkan verə bilər. Burada vacib məqam odur ki, Tibbi Rəqəmsal Əkiz Sistemi ayrıca bir xidmət deyil. Bu, mövcud səhiyyə xidmətlərini bir-biri ilə əlaqələndirən, məlumat axınını gücləndirən və vətəndaşın səhiyyə sistemində hərəkətini daha rahat etməyə yönəlmiş infrastruktur yanaşmasıdır”.

Xəbər lenti

Xəbər lenti