Respondentlərin 87,3 %-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsini dəstəkləyir

Cəmiyyət Materials 10 İyun 2026 15:51 (UTC +04:00)
Respondentlərin 87,3 %-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsini dəstəkləyir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yaşı 18 və yuxarı olan 1 100 respondent arasında sorğu keçirilib. Respondentlərin 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi təklifini dəstəkləyir.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Milli Kibertəhlükəsizlik Agentliyinin sektor müdiri Həvva Hüseynli İnzibati Xətalar Məcəlləsi və bir sıra qanunıarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

O bildirib ki, 11.1% bu təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir. Məktəbyaşlı övladı olanların 90.5%-i bu təklifə müsbət yanaşır.

“Respondentlərin cəmi 0.5%-i onu uşaqlar üçün tamamilə faydalı hesab etdiyi halda, 56.5%-i tamamilə zərərli, 42.2%-i balanslı yanaşaraq, həm faydalı, həm də zərərli olaraq dəyərləndirir”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti