Bakı. Trend:
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25,511 milyard manat dəyərində mal satılıb.
Bu barədə Dövlət Statistika Komitəsi tərəfindən dərc edilmiş "Ölkənin 2026-cı ilin yanvar-may ayları üzrə sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri" hesabatında deyilir.
2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8% artıb.
Qeyd etmək lazımdır ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 51,784 milyard manat təşkil edib.
Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1% azalaraq 16,125 milyard manata, qeyri-neft-qaz sektorunda isə 0,4% artaraq 35,658 milyard manata çatıb.
Onu da qeyd etmək lazımdır ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanın sənaye müəssisələri və bu sektorda fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 27,524 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2% artım deməkdir.
Hesabat dövründə qeyri-neft-qaz sənayesində istehsalın dəyəri 8,956 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% artım deməkdir.
