Pakistan ordusu Əfqanıstana zərbələr endirib

Dünya xəbərləri Materials 10 İyun 2026 16:30 (UTC +04:00)
Pakistan ordusu Əfqanıstana zərbələr endirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan ordusu Əfqanıstan-Pakistan sərhədi yaxınlığındakı Tehreek-e Taliban Pakistan (TTP) sığınacaqlarına zərbələr endirib.

Bu barədə Pakistan mediası məlumat yayıb.

Bildirilib ki, Pakistanda baş verən son terror hücumlarından sonraPakistan-Əfqanıstan sərhədi boyunca ərazilərdə dəqiq və hədəflənmiş zərbələr endirilib. TTP liderlərinin və komandirlərinin sığınacaqları və gizləndikləri yerlər hədəf alınıb və Hindistan tərəfindən dəstəklənən 26 yaraqlı öldürülüb.

Pakistanın informasiya naziri təlim düşərgəsi və silah anbarı da daxil olmaqla dörd hədəfin məhv edildiyini açıqlayıb. Nazir Pakistanın təhlükəsizliyinə təhdidin aradan qaldırılması üçün tədbirlərin davam etdiriləcəyinə söz verib. O, həmçinin zərbələrin Peşəvərdə sərhəd polisi postuna edilən hücuma cavab olaraq endirildiyini qeyd edib.

Əfqanıstan hakimiyyəti Pakistan hava qüvvələrinin ölkənin şərqində hava hücumları təşkil etdiyini və 11-i uşaq olmaqla 13 nəfərin öldüyünü bildirib.

2600 kilometr uzunluğundakı Əfqanıstan-Pakistan sərhədi boyunca vəziyyət illərdir gərgin olaraq qalır. 2025-ci ilin oktyabr ayında ciddi toqquşmalar baş verib. Pakistan əvvəllər Əfqanıstan ərazisinə hücumlar təşkil edərək Əfqanıstan hökumətinin müttəfiqi olan TTP və Bəlucistan Azadlıq Ordusunun bazalarını hədəfə alıb. İslamabad həmçinin Kabili Hindistanla koordinasiyalı hərəkət etməkdə günahlandırır. Əfqanıstan hakimiyyəti isə öz növbəsində TTP-ni qorumaq ittihamlarını rədd edərək ərazilərinin digər ölkələrə qarşı istifadəsinə icazə vermədiklərini iddia edir. Kabil həmçinin Pakistanın Əfqanıstan hökumətinin əleyhdarlarını dəstəklədiyini iddia edir.

Xəbər lenti

Xəbər lenti