MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib (FOTO)

Cəmiyyət Materials 10 İyun 2026 15:00 (UTC +04:00)
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilir.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və ekspertlər iştirak edirlər.

Müzakirələr zamanı qanun layihəsində nəzərdə tutulan yeniliklər və onların tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Xəbər yenilənəcək.

Xəbər lenti

Xəbər lenti