Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilən yeniyetmələrin sayı açıqlandı

Cəmiyyət Materials 10 İyun 2026 16:16 (UTC +04:00)
Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilən yeniyetmələrin sayı açıqlandı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2025-ci ilin statistik göstəricilərinə əsasən, 478 nəfər yetkinlik yaşına çatmayan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, 784 nəfər 18 yaşına çatmayan şəxs zərərçəkmiş qismində qeydə alınıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, uşaqların hüquqlarının qorunması xüsusi əhəmiyyət kəsb edir və bu sahədə prokurorluq daim aidiyyəti dövlət qurumları - həm Ailə, Qadın Uşaq Komitəsi ilə, həm Daxili İşlər orqanları ilə, digər icra-hakimiyyət orqanları ilə mütəmadi əlaqədədir.

"Qanunvericilikdə uşaqların, yəni yetkinlik yaşına çatmayanlarınla bağlı xüsusi müddəalar vardır. Bu da onların o yaş xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Həm cinayət qanununda, cinayət-prosessual qanunvericilikində xüsusi normalar vardır. Məsələn, yetkinlik yaşına çatmayanlara təyin olunan cəza istənilən cinayətə görə 10 ildən artıq ola bilməz. Bu artıq onların yaş xüsusiyyətləri nəzərə alınması belə qəbul edilibdir. Onların istənilən təqsirlərindən şəzs qismində dindirilməsi, hətta şahid qismində dindirilməsi üçün xüsusi imtiyazlar müəyyən edilib. Bu da qanunvericiliyin təbii ki, humanist olmasından irəli gəlir. BMT-nin Uşaq Fondunun UNİCEF-in 2025-ci ilin hesabatına görə hər 4 dəqiqədən bir dünyada uşaqlar zorakılıqla qətlə yetirilir. 90 milyon uşaq 2025-ci ildə cinsi zorakılığa məruz qalıb, 1,16 milyard uşaq evdə müntəzəm olaraq fiziki cəza və psixoloji təzyiqlərlə üzləşir.

Azərbaycanda isə 2025-ci ilin statistik göstəricilərinə əsasən, 478 nəfər yetkinlik yaşına çatmayan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, 784 nəfər 18 yaşına çatmayan şəxs zərərçəkmiş qismində qeydə alınıb. Bu rəqəmlər beynəlxalq göstəricilərlə müqayisədə o qədər də yüksək deyil və müəyyən mənada vəziyyətin daha nəzarət altında olduğunu göstərir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti