Bakı. Trend:
Dostunu qətlə yetirməkdə təqsirləndirilən Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Trend xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirlən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elçin İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsən adam öldürmə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham edilib.
