Virtual məkan ciddi risk mühitinə çevrilib - Nazir müavini

Cəmiyyət Materials 10 İyun 2026 17:11 (UTC +04:00)
Virtual məkan ciddi risk mühitinə çevrilib - Nazir müavini
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İndi uşaqların qarşılaşdığı təhlükə yalnız küçə və məişət mühiti ilə məhdudlaşmır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini İsmət Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, virtual məkan da ciddi risk mühitinə çevrilib:

"Kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən psixoloji təzyiq, zərərli kontent, şantaj, onlayn istismar və digər təhlükəli halların baş verməsi müşahidə olunur. Bu baxımdan, müasir texnologiyaların yaratdığı çağırışlara uyğun olaraq maarifləndirmə və məlumatlılığın artırılması məqsədilə valideynlər və təhsil müəssisələri ilə birlikdə kompleks tədbirlər həyata keçirilir. Uşaqların hüquqlarının qorunması yalnız bir qurumun fəaliyyəti ilə təmin edilmir.

Bu, dövlət orqanları, təhsil müəssisələri, ailələr və vətəndaş cəmiyyəti təşkilatları arasında koordinasiyalı əməkdaşlıq tələb edir. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət çərçivəsində müxtəlif tədbirlər təşkil edilir. Yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyaların, sosial işçilərin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və gənclər təşkilatlarının iştirakı ilə orta ümumtəhsil məktəblərində görüşlər keçirilir, ictimai maarifləndirmə tədbirləri təşkil olunur. Eyni zamanda uşaqların hüquq pozmalarının qarşısının alınması və təhsil müəssisələrində təhlükəsiz mühitin təmin edilməsi məqsədilə müvafiq monitorinqlər həyata keçirilir”.

Xəbər lenti

Xəbər lenti