Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbə münasibətilə təbrik edib.
Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
"Nikol Paşinyanı Ermənistanda keçirilən milli seçkilərdə inamlı qələbə münasibətilə təbrik edirəm.
Onun yenidən seçilməsi üçün namizədliyini dəstəkləməkdən böyük qürur duydum və əminəm ki, onun rəhbərliyi altında gözəl Ermənistan ölkəsi ən cəsarətli gözləntiləri belə üstələyən uğur və inkişaf səviyyəsinə çatacaq", - deyə o yazıb.
Qeyd edək ki, 2026-cı il iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib və seçkilərin nəticələrinə əsasən, "Vətəndaş Müqaviləsi" Partiyası qalib gəlib.
