Bakı. Trend:
Təhsil müəssisəsində şagirdin davamlı aqressiya və təzyiqlərə məruz qalması inzibati xətadır və bunun üçün inzibati məsuliyyət müəyyənləşdirilib.
Bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində yayımlanan canlı yayımda Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova bildirib.
Onun sözlərinə görə, istər məktəb, mədəni yerlər, istirahət mərkəzləri, eləcə də penitensiar xidmət müəssisələrində uşaq və yeniyetmələr davamlı təzyiqə məruz qaldığı zaman qarşısı alınmırsa, ordakı işçilər, rəhbərlik məsuliyyət daşıyırlar.
Qeyd edilib ki, bu kimi hallar baş verdiyi zaman vətəndaşlar ad-soyad, qeydiyyat və yaşayış ünvanı, əlaqə nömrəsi qeyd etməklə prokurorluq orqanlarına müraciət edə bilərlər.
