Orta Dəhlizin inkişafı üçün üç əsas dəmir yolu layihəsi açıqlandı

İqtisadiyyat Materials 11 İyun 2026 19:33 (UTC +04:00)
Orta Dəhlizin inkişafı üçün üç əsas dəmir yolu layihəsi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz Çindən Avropaya Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Türkiyə, Qara və Xəzər dənizləri vasitəsilə mallar çatdıran multimodal quru-dəniz nəqliyyat dəhlizidir.

Bu barədə müstəqil qeyri-kommersiya tədqiqat və analitik mərkəzi olan "Caspian Policy Center"in saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, marşrut 4250 km-dən çox dəmir yolu xətlərini və təxminən 500 km dəniz yollarını əhatə edir: "Onun ümumi uzunluğu Rusiyadan keçən Şimal Dəhlizindən 2000-3000 km qısadır ki, bu da onu sanksiyalara görə, alternativ edir, həmçinin logistika, nəqliyyat və infrastruktur tikintisində biznesdən biznesə (B2B) və hökumətdən biznesə (B2G) qarşılıqlı əlaqələr üçün yeni bazarlara çıxış və yeni imkanlar açır.

Məlumata görə, təklif olunan və davam edən üç dəmir yolu layihəsi Orta Dəhlizin bağlantısını əhəmiyyətli dərəcədə artıra bilər.

“Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi həm Çin bazarlarına, həm də Orta Asiya malları üçün dəniz marşrutlarına çıxış təmin edəcək, Çin ixracına çıxışı yaxşılaşdıracaq və Orta Asiya daxilində nəqliyyat əlaqəsini gücləndirəcək.

Özbəkistan və Qazaxıstanın Pakistana və beynəlxalq dəniz marşrutlarına çıxışı olan Əfqanıstandan keçən dəmir yolu marşrutunun inkişaf etdirilməsi səyləri dəniz nəqliyyatına çıxış təmin edəcək və Orta Asiya ixracının daşınması üçün mühüm alternativə çevriləcək”, - deyə beyin mərkəzi bildirir.

Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən və Asiyanı Avropa ilə birləşdirən nəqliyyat ticarət marşrutudur. O, ənənəvi Şimal və Cənub Dəhlizlərinə alternativ kimi xidmət edir.

Marşrut Çindən başlayır və Orta Asiya ölkələrindən keçir. Daha sonra Avropaya çatmadan əvvəl Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir. Orta Dəhliz, Çin də daxil olmaqla, Asiyanın şərq bölgələrini Avropa ilə birləşdirən daha uzun dəniz yollarını keçən quru yoludur.

Caspian Policy Center (CPC) Vaşinqtonda yerləşən müstəqil, qeyri-kommersiya tədqiqat və beyin mərkəzidir. Mərkəz Xəzər regionunun iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələlərinə diqqət yetirir. Şərq və Qərbin kəsişməsində yerləşən Xəzər regionu, zəngin təbii sərvətləri, geosiyasi rəqabəti və iqtisadi inkişafı sayəsində getdikcə qlobal maraq doğuran əsas sahəyə çevrilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti