ING Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu yeniləyib

İqtisadiyyat Materials 11 İyun 2026 16:15 (UTC +04:00)
ING Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu yeniləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın ING bank qrupunun qiymətləndirməsinə görə, Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə 5,5 faiz səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, əvvəlki proqnozda Azərbaycanda bu göstəricinin müvafiq olaraq 5,4 faiz və 5,2 faiz səviyyəsində olacağı gözlənilirdi.

ING-nin saytında dərc olunan proqnoza əsasən, cari ilin ikinci rübündə inflyasiya 5,5 faiz, üçüncü rübündə 5,4 faiz, dördüncü rübündə isə 5,6 faiz təşkil edəcək.

2027-ci ilin birinci rübündə inflyasiyanın 5,5 faiz, ikinci rübündə 5,6 faiz, üçüncü və dördüncü rüblərində isə 5,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

2028-ci ildə isə inflyasiyanın 5,3 faiz olacağı gözlənilir.

Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, cari ilin yanvar-may aylarında ölkədə istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artıb.

Cari ilin ilk beş ayında Azərbaycanda 51,784 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalaraq 16,125 milyard manat təşkil edib, qeyri-neft-qaz sektorunda isə 0,4 faiz artaraq 35,658 milyard manata çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti