IELTS imtahan nəticələri səhv yoxlanılıbmış - Cambridge English cərimələndi

Dünya xəbərləri Materials 11 İyun 2026 20:12 (UTC +04:00)
IELTS imtahan nəticələri səhv yoxlanılıbmış - Cambridge English cərimələndi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniya tənzimləyicisi Ofqual Cambridge English-i dünya üzrə 60 mindən çox imtahan verənə beynəlxalq ingilis dili testlərində səhv nəticələr təqdim etdiyin görə 875.000 funt sterlinq cərimələyib.

Xarici media yazır ki, yanlış qiymətlər avtomatlaşdırılmış qiymətləndirmə sistemindəki nasazlıq səbəbindən yaranıb.

2023-cü ilin avqustu ilə 2025-ci ilin sentyabrı arasında keçirilən 7,7 milyon IELTS (Beynəlxalq İngilis Dili Test Sistemi) imtahanından kompüter sistemi 93 mindən çoxunu səhv qiymətləndirib. Üçdə bir halda bu, ümumi test nəticəsinə təsir etməyib, lakin 62 min 794 nəfərin ümumi balı səhv olub.

Cambridge English problemi yalnız 2025-ci ilin sentyabr ayında aşkar edib və bundan sonra Ofqual-a məlumat verib. Nəticədə, 21.700-dən çox yekun bal dəyişdirilib və imtahan verənlərin əksəriyyəti daha yüksək bal alıb.

Ofqual-ın məlumatına görə, nəticədən təsirlənənlər arasında viza və immiqrasiya üçün tələb olunan rəsmi İngilis Dili Testi (SELT) imtahanından keçən mindən çox insan var olub. Bir çoxunun universitetə ​​qəbul üçün də test nəticələrinə ehtiyacı var olub.

Cambridge English şirkəti artıq səhvlərin düzəldilməsi, kompensasiya və digər əlaqəli xərclərə 6 milyon funt sterlinqdən çox pul xərcləyib. Tənzimləyici orqan bunu yüngülləşdirici hal kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti