OPEC Azərbaycanın xam neft hasilatı ilə bağlı hesabatı açıqladı

Energetika Materials 11 İyun 2026 17:14 (UTC +04:00)
OPEC Azərbaycanın xam neft hasilatı ilə bağlı hesabatı açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin may ayında Azərbaycannın xam neft hasilatı gündəlik orta hesabla təxminən 458 min barel təşkil edib. Bu barədə OPEC-in hesabatında qeyd olunub.

Təşkilatın məlumatına görə, bu göstərici 2026-cı ilin aprel ayında 460 min barel, mart ayında isə 456 min barel olub.

2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 454 min barel təşkil edib.

Bundan əlavə, OPEC qeyd edir ki, 2025-ci ildə Azərbaycanda orta illik neft hasilatı gündəlik 461 min barel olub. Müqayisə üçün, 2024-cü ildə bu göstərici gündəlik 481 min barel təşkil edib.

Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 6,6 milyon ton neft (kondensat daxil olmaqla) hasil edilib.

Ümumi hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun, 0,9 milyon tonu “Şahdəniz” yatağının, 0,1 milyon tonu “Abşeron” yatağının payına düşüb. Qalan 1,7 milyon ton isə SOCAR tərəfindən hasil olunub.

Hesabat dövründə neft ixracı 5,2 milyon ton təşkil edib. İxrac olunan neftin əsas hissəsi konsorsiumlar, bir hissəsi isə SOCAR və JOCAP tərəfindən nəql edilib.

Birinci rübdə orta gündəlik neft hasilatı 61 min ton, kondensat hasilatı 13 min ton, ümumi hasilat isə 74 min ton olub.

Hesabat dövründə neft emalı 1,4 milyon tona çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti