Bakı. Trend:
Dünya Bankı özünün "Global Economic Prospects" hesabatının iyun sayında 2026 və 2027-ci illər üçün Azərbaycan üzrə iqtisadi artım proqnozlarını artırıb.
Yenilənmiş hesablamalara görə, Azərbaycanın real ÜDM artımı 2026-cı ildə 2 faiz, 2027 və 2028-ci illərdə isə 1,8 faiz təşkil edəcək.
Hesabatın yanvar ayı ilə müqayisədə 2026-cı il üçün proqnoz 0,2 faiz bəndi, 2027-ci il üçün isə 0,1 faiz bəndi yaxşılaşıb.
Qeyd etmək lazımdır ki, Bankın hesablamalarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM artımı 4,2 faiz, 2023-cü ildə isə iqtisadiyyat 1,4 faiz artıb. 2025-ci ildə iqtisadi artım 1,4 faiz təşkil edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, bu ilin yanvar-may ayları ərzində ölkənin ümumi daxili məhsulu (ÜDM) 51,784 milyard manat təşkil edib.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalaraq 16,125 milyard manat, qeyri-neft-qaz sektorunda isə 0,4 faiz artaraq 35,658 milyard manat təşkil edib.
.
