Bitkoinin qiyməti 62 min dolları ötüb

İqtisadiyyat Materials 11 İyun 2026 08:03 (UTC +04:00)
Bitkoinin qiyməti 62 min dolları ötüb

Bakı. Trend:

Kriptovalyuta bazarında həftəlik azalmadan sonra yenidən yüksəliş tendensiyası müşahidə olunur.

Bazarın ümumi kapitallaşması 0,82 faiz artaraq 2,14 trilyon dollara yüksəlib.

Dünyanın ən iri kriptovalyutası hesab edilən Bitkoinin dəyəri son 24 saat ərzində 1,34 faiz artaraq 62 323 dollara çatıb. Bununla yanaşı, aktivin qiyməti son bir həftədə 3,12 faiz azalıb.

"Ethereum"un qiyməti son sutkada 0,84 faiz yüksələrək 1 644 dollar olub. Lakin kriptovalyuta həftəlik müqayisədə 9,02 faiz dəyər itirib. BNB isə son 24 saatda 0,95 faiz bahalaşsa da, son yeddi gündə 4,3 faiz ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti