Bakı. Trend:
Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat yayıb.
Yenilik iyulun 4-dən tətbiq olunacaq.
Hərəkət cədvəli ilə ADY-nin saytında və ya “ADY Mobile” tətbiqində tanış olmaq mümkündür.
