Türkiyədə məşhurlara qarşı narkotik istintaqı: 22 nəfər saxlanıldı

Dünya xəbərləri Materials 11 İyun 2026 11:02 (UTC +04:00)
Türkiyədə məşhurlara qarşı narkotik istintaqı: 22 nəfər saxlanıldı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə mətbuatında yayılan məlumatlara görə, narkotik vasitələrin istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində aralarında tanınmış simaların da yer aldığı 22 nəfər saxlanılıb.

Məlumata əsasən, İstanbul Polis İdarəsinin Narkotik cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları barələrində saxlanılma qərarı verilmiş 22 şübhəli barədə əməliyyat həyata keçirib. Saxlanılanlar arasında aktyor Enis Arıkan, sosial media fenomeni Kerimcan Durmaz, müğənni Kenan Doğulu və aktrisa Beren Saatın da olduğu bildirilir.

Şübhəlilər ilkin tibbi müayinədən keçirildikdən sonra ifadələrinin alınması üçün Narkotik cinayətləri ilə mübarizə şöbəsinin Küçükçekmecedə yerləşən mərkəzinə aparılıblar.

Saxlanılan şəxslər polis prosedurları başa çatdıqdan sonra saç və qan nümunələrinin götürülməsi üçün Məhkəmə -Tibb Qurumuna göndəriləcəklər. Ekspertiza nəticələrindən asılı olaraq prokurorluq tərəfindən araşdırma davam etdiriləcək.

Bununla yanaşı, daha əvvəl Bakırköy Prokurorluğunun apardığı ayrı narkotik istintaqı çərçivəsində bir sıra tanınmış şəxslərdən götürülən qan, saç və sidik nümunələrində müxtəlif narkotik maddələrin izlərinin aşkarlandığı bildirilmişdi. Həmin araşdırmada bəzi şəxslərin test nəticələrinin müsbət, digərlərinin isə mənfi olduğu açıqlanmışdı.

Qeyd edək ki, istintaq davam etdiyindən saxlanılan şəxslərlə bağlı yekun hüquqi qiymətləndirmə hələ verilməyib və onların təqsiri məhkəmə qərarı ilə təsdiqlənməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti