Zakir Həsənov Pakistana başsağlığı verib

Cəmiyyət Materials 11 İyun 2026 09:10 (UTC +04:00)
Zakir Həsənov Pakistana başsağlığı verib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov helikopter qəzası ilə bağlı Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında qeyd olunub:

"Pakistan Ordusuna məxsus Mİ-17 tipli helikopterin yaranmış texniki nasazlıq səbəbindən Müzəffərabad şəhəri yaxınlığında qəzaya uğraması və ekipaj üzvlərinin həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Qeyd edək ki, ötən gün Pakistan ordusuna məxsus “Mi-17” hərbi helikopteri qəzaya uğrayıb. Nəticədə bütün ekipaj həlak olub. Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) məlumatına görə, helikopter havaya qalxarkən texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti