Bakıda motosikletlə “Qazel” toqquşdu - Ölən var

Hadisə Materials 11 İyun 2026 09:30 (UTC +04:00)
Bakıda motosikletlə “Qazel” toqquşdu - Ölən var
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə iyunun 10-da saat 02:30 radələrində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Rafiz Qurbanovun idarə etdiyi “Qazel” markalı avtomobil hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzənin idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletdə olan sərnişin Nihat Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Motosikletin sürücüsü Məhəmməd Mirzə isə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti