Bakı. Trend:
Niderlandın ING bank qrupu Azərbaycanın ÜDM artımı üzrə 2029-cu ilədək yenilənmiş proqnozunu açıqlayıb.
Analitiklərin qiymətləndirməsinə əsasən, 2026-cı ildə illik ÜDM artımı 2 faiz təşkil edəcək. Halbuki əvvəlki proqnozda bu göstəricinin 2,2 faiz səviyyəsində olacağı gözlənilirdi.
2027-ci il üzrə proqnoz dəyişməyərək 3 faiz səviyyəsində saxlanılıb, 2028-ci ildə isə ÜDM-in 2,3 faiz artacağı gözlənilir.
2026-cı il üzrə rüblük göstəricilərə gəlincə, ikinci rübdə 2 faiz, üçüncü rübdə 3 faiz, dördüncü rübdə isə 3,3 faiz artım proqnozlaşdırılır.
2027-ci ildə dinamikanın belə olacağı gözlənilir: birinci rübdə 3 faiz, ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3,5 faiz artım.
Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, cari ilin yanvar-may aylarında ölkədə 51,784 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalaraq 16,125 milyard manat təşkil edib, qeyri-neft-qaz sektorunda isə 0,4 faiz artaraq 35,658 milyard manata çatıb.
