Ticarət Azərbaycan iqtisadiyyatının dayanıqlığında əsas rol oynayır - ING

İqtisadiyyat Materials 11 İyun 2026 15:58 (UTC +04:00)
Ticarət Azərbaycan iqtisadiyyatının dayanıqlığında əsas rol oynayır - ING
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fonunda enerji daşıyıcılarının yüksək qiymətlərindən əsas faydalanan ölkələrdən biri olaraq qalır.

Bu barədə Niderlandın ING maliyyə qrupunun hesabatında qeyd olunub.

ING analitikləri bildirirlər ki, ölkə iqtisadiyyatını dəstəkləyən əsas amillər enerji resurslarının ixracından əldə olunan əlavə gəlirlər və fəal enerji diplomatiyasıdır.

“Son hadisələr ticarət marşrutlarının inkişafına və enerji əməkdaşlığına diqqətin davam etdiyini göstərir. “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokuna yeni beynəlxalq investisiyalar nəzərdən keçirilir, Türkiyə ilə 15 illik qaz tədarükü sazişi imzalanıb, Bakı-Supsa marşrutu isə Qazaxıstan üçün alternativ ixrac dəhlizi kimi qiymətləndirilir”, - hesabatda qeyd olunub.

ING-nin qiymətləndirməsinə görə, yenilənmiş qlobal proqnoz Azərbaycanın xarici və büdcə göstəricilərinin möhkəmlənməsi üçün əlavə əlverişli şərait yaradır.

“Biz gözləyirik ki, 2026-cı ildə dövlət büdcəsinin profisiti ÜDM-in 5 faizinə, cari hesabın müsbət saldosu isə ÜDM-in 11 faizinə çatacaq”, - analitiklər bildiriblər.

Eyni zamanda ING bir sıra risklərə də diqqət çəkir. Bunlara ölkənin tərəfdaş dövlətlərdəki inflyasiya proseslərinə nisbətən yüksək həssaslığı və iqtisadi aktivliyin daha mülayim artım tempi daxildir.

Ümumilikdə regiondan danışan bank ekspertləri qeyd edirlər ki, xammal qiymətlərinin möhkəmlənməsi qlobal inflyasiya təzyiqini artırır. Bununla belə, CIS-4 qrupu ölkələri — Azərbaycan, Qazaxıstan, Özbəkistan və Ermənistan üçün daxili amillər hələ də müəyyənedici rol oynayır.

“Xammal ixracatçıları xarici və büdcə göstəricilərinin yaxşılaşmasından faydalanır, Qazaxıstan və Özbəkistanda valyuta məzənnələrinin sabitliyi və inflyasiyanın yavaşlaması isə daha yumşaq pul-kredit siyasəti üçün imkan yaradır”, - ING-nin hesabatında qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti