Edi Rama Prezident İlham Əliyevə məktub göndərib

Siyasət Materials 11 İyun 2026 20:11 (UTC +04:00)
Edi Rama Prezident İlham Əliyevə məktub göndərib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Albaniya Respublikasının Baş naziri Edi Rama Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda qeyd olunub:

"Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında mükəmməl səviyyədə olan əməkdaşlığa görə Sizə minnətdarlığımı bildirirəm. İkitərəfli əlaqələrimizin daha da genişləndirilməsinə həmişə hazır olduğumuzu bir daha təsdiqləyirəm.

Ölkənizə davamlı tərəqqi arzulayır, Zati-alinizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbər lenti

Xəbər lenti